Vüsal Hüseynovdan əcnəbilərin qeydiyyatı ilə bağlı - Açıqlama

img

24-08-2020 [12:24]


Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərmanı ilə bağlı məlumat yayıb.

Mia.az-ın məlumatına görə, DMX rəisi qeyd edib ki, Prezindetin miqrasiya xidmətləri ilə bağlı yeni Fərmanına əsasən, artıq əcnəbilərin ölkədə müvəqqəti olma müddətinin (viza müddəti və ya 90 gün vizasız qaydada olma müddəti) uzadılması; Vətəndaşlığa qəbul, bərpa və vətəndaşlıqdan çıxma; Miqrasiya Xidmətinin fəalliyyət istiqamətləri üzrə arayışların (olduğu yer üzrə qeydiyyata alınmasına dair, müraciətlərin icrada olmasına dair və s.) verilməsi ilə bağlı müraciətlərin qəbulu ölkə üzrə bütün “ASAN xidmət” mərkəzlərində həyata keçiriləcək.

Vətəndaşlar "ASAN xidmət” mərkəzləri olmayan şəhər və rayonlarda regional miqrasiya idarələrinə müraciət edilə bilərlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA