"O məclisə gələnlərin sosial məsuliyyəti harada qaldı?" - Sevinc Kərimova

img

23-08-2020 [19:34]


Xüsusi karantin rejiminin tələblərini pozaraq toy məclisi edən vəzifəli şəxslər və onların qohumlarının cərimələnməsi və cəzalandırılması faktına “Əks-səda”Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi İctimai Birliyinin sədri Sevinc Kərimova münasibət bildirib:

Mia.az-a açıqlamasında o, bildirib ki, Operativ Qərarğahın tələblərinə məhəl qoymadan toy məclisi təşkil edən vəzifəli şəxslərin cəzalanması çoxlu sayda həddini bilməyənlərə yaxşı nümunə olacaq:

"Kiçikli-böyüklü hər kəs qanunu bir ölkədə yaşadığımızı bilməlidir. Özlərini xüsusi statuslu sayaraq bu qədər açıq şəkildə qanun pozuntusuna yol verməklə, dövlətin qanunlarına və hökumətin qərarlarına sayğısızlıq göstərdilər. Sərt karantin rejimi ilə əlaqədər ölkəmizdə çoxlu sayda ailələr öz arzu-istəklərinə uyğun şadlıq mərasimlərini təxirə salmalı olublar və bunun belə olmasını doğru biliblər. Konkret olaraq akademik Ramiz Mehdiyevın bu kimi pozuntu halına yol verməsi xalq içində qınanır. Hələ bu məclisə gələnlərin sosial məsuliyyəti harada qaldı?

Kifayət qədər status və söz sahibi olan bu insanlar toy məclisinə gedərkən 10 milyonluq azərbaycan xalqından və xaricdəki və gündə online görüşlər keçirdikləri kolleqalarından utanmadılarmı? Toy məclisində iştirak edənlər də elə məclis sahibiləri qədər məsuliyyətsizlik ediblər. Onlar bu hərəkətləri ilə təkcə qanunlara sayğısızlıq etməyiblər həm də sadə xalqı təhqir ediblər" .


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA