Tovuz döyüşlərində şəhid olan hərbçilər anılıb - FOTOLAR

img

23-08-2020 [13:22]


Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən şəhid olan hərbi qulluqçuların anım mərasimləri keçirilib.

Mia.az Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Müdafiə nazirinin tapşırığına əsasən nazirliyin bir qrup hərbi qulluqçusu general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və digər şəhidlərin məzarlarını ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrini  ehtiramla yad edib və onların ailə üzvlərinə nazirliyin rəhbərliyi adından bir daha başsağlığı çatdırıblar.

Müxtəlif bölgələrdə keçirilən anım mərasimlərində şəhidlərin ailə üzvləri, xidmət yoldaşları, yerli icra hakimiyyəti, dövlət strukturları, ictimai təşkilatların nümayəndələri və veteranlar iştirak ediblər.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA