Qubaya qar yağır

img

23-08-2020 [11:16]


Avqustun 23-ü səhər saatlarından Qubanın Xınalıq kəndinə qar yağmağa başlayıb.

Məlumata görə, dəniz səviyyəsindən 2 min 350 metr yüksəklikdə yerləşən kəndə hazırda qar yağmaqda davam edir.

Qısa müddətdə qarın hündürlüyü 3 santimetrə çatıb.

Quba Rayon İcra Hakimiyyəti başçısının Xınalıq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Nəsimi Məmmədov bildirib ki, qar əsasən Şahdağın ətəklərinə, Şahdüzünə və kəndə yağır. Onun sözlərinə görə, hazırda dağlıq ərazilərdə sulu qar və qar yağması davam edir.

“Qar havanın mülayim olması səbəbindən əriyir, heyvandarlıq təsərrüfatına ziyan dəyməyib”. 

Xatırladaq ki, ilin bu vaxtı Xınalıq kəndində və yaxın kəndlərdə ot biçimi mövsümüdür. Avqust ayında kəndə qar yağması nadir rast gəlinən təbiət hadisəsidir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA