"Dedi-qoduya uymayın" - General 100 minlik rüşvət iddiasına belə cavab verdi

img

21-08-2020 [13:46]


Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri (ədliyyə general-mayoru) Nürəddin Mustafayev işdən çıxarılmasının səbəbi ilə bağlı yazılanlara münasibət bildirib.

Mia.az xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən N.Mustafayevin yazılanların həqiqətə uyğun olmadığını bildirib:

"Ədliyyə Nazirliyinə də müraciət edə bilərsiniz. Yazılanlar doğru deyil. Hər kəsdən xahiş edirəm ki, dedi-qoduya uymasınlar. Əgər məsələ deyildiyi kimi olsaydı, rəsmi münasibət bildirilərdi".

Xatırladaq ki, generalın işdən çıxarılmasına 100 min manat rüşvət almasının səbəb olduğu haqda iddialar yayılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA