Türkiyə dənizdən 20 illik ehtiyacını ödəyəcək qaz yatağı tapıb

img

21-08-2020 [11:21]



Türkiyə Qara dənizdə təbii qaz yatağı tapıb. Məlumata görə, həmin yataq 800 milyard kubmetr ehtiyata malikdir.

Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Agentlik məlumatı vəzifəli şəxslərdən əldə edib.

Bildirilir ki, Qara dənizdəki "Tuna-1" quyusunda Türkiyənin 20 illik təbii qaz ehtiyacını ödəyəcək qədər ehtiyat var. İlkin ehtimala görə, quyunun işlənməsi üçün 7-10 il arası vaxt və 2-3 milyard dollar investisiya tələb olunacaq.

Xatırladaq ki, Türkiyə prezidenti Ərdoğan cümə günü müjdəli bir xəbər verəcəyini elan etmişdi. Daha sonra "Bloomberg" Qara dənizdə kəşf edilən təbii qaz ehtiyatının Ərdoğanın elan edəcəyi "müjdə" olacağını bildirmişdi/Reyting.az.


Digər xəbərlər
SON XƏBƏRLƏR