Naxçıvan Basketbol Federasiyasında iclas: yeni sədr seçildi

img

20-08-2020 [21:17]


Naxçıvan Dövlət Universitetinin iclas zalında Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının iclası keçirilib.

"Report" xəbər verir ki, yığıncağın gündəliyində federasiyanın fəaliyyəti və görülən işlərin hesabatı, eləcə də yeni sədrinin seçilməsi olub.

Muxtar Respublikanın Gənclər və İdman naziri Azad Cabbarov Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin Basketbol Federasiyasına sədrliyinə namizədliyini irəli sürüb.

Təklif yekdilliklə qəbul olunub və Elbrus İsayev federasiyasının sədri seçilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR