7 rayona qaz verilişi dayandırılıb - "Azəriqaz"dan açıqlama

img

20-08-2020 [19:45]


Bu gün Qaz İxrac İdarəsinin balansında olan diametri 720/325 mm olan yüksək təzyiqli “Yevlax-Naxçıvan” magistral qaz kəmərinin yeni çəkilmiş hissəsinin mövcud şəbəkəyə birləşdirilməsi, yerüstü kranın quraşdırılması və aşkar olunmuş sızmanın ləğvi işləri icra olunur.

"Azəriqaz"dan Mia.az-a bildirilib ki, bu məqsədlə Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Beyləqan, Fizuli rayonlarında və Yevlax rayonun 9 kəndində qaz təchizatı dayandırılıb.

Qaz təchizatının bərpası avqustun 21-nə planlaşdırılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA