Emin Əmrullayev özəl təhsil müəssisələrinin rəhbərləri ilə müzakirə aparıb - FOTO

img

20-08-2020 [17:14]


Avqustun 20-də Təhsil naziri Emin Əmrullayev ölkənin müxtəlif regionlarından olan özəl təhsil müəssisələri rəhbərlərinin iştirakı ilə videokonfrans keçirib.

Təhsil Nazirliyindən Mia.az-a bildirilib ki, görüşdə Təhsil naziri koronavirus pandemiyası dövründə 2020-2021-ci tədris ilinə hazırlıqla bağlı görülən işlər barədə danışıb.

Müxtəlif təkliflər və onların icra mexanizmi haqqında iştirakçılara məlumat verilib.

Görüş zamanı çıxış edən özəl təhsil müəssisələrinin rəhbərləri yeni tədris ili ilə bağlı fikirlərini bildiriblər.

Həmçinin təklif olunan modellər haqqında müzakirələr aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA