"Lokal qapanmaları tətbiq edərək bu xəstəliklə mübarizəni aparacağıq” - ÜST

img

20-08-2020 [14:55]


“Önümüzdəki günlərdə və aylarda artıq yeni normal həyata dönmək üçün bütün ölkələrin yollar axtarması lazımdır. Bu yeni normal həyat sosial və iqtisadi həyat davam edərkən, eyni zamanda, xəstəliyə yoluxmanın qarşısının alına bilinəcəyi bütün qaydalardan istifadə edilməlidir. İnsanlar gigiyenik qaydalarına riayət etməli, ara məsafələri saxlamalıdırlar”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

Onun sözlərinə görə, bunlar edildikdə ölkələr və hökumətlər ümumiyyətlə sərtləşdirilmiş karantin rejimi kimi tədbirlərin tətbiqinin əvəzinə yerli, bölgələrə, kəndlərə xas tədbirlər görərək bu xəstəliklə mübarizəni apara biləcəklər: “Ümid edirik ki, bundan sonra ÜST olaraq bütün ölkə miqyasında deyil, lazımı və əhali arasında xəstəliyin yayıldığı yerlərdə yerli, lokal qapanmaları tətbiq edərək bu xəstəliklə mübarizəni aparacağıq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA