"Boyun damarlarında da ciddi problem aşkarlanıb” - Əli Həsənov Türkiyədən açıqlama verdi

img

20-08-2020 [14:29]


“Hazırda Türkiyədə xəstəxanadayam. Dünən gəlmişəm, müayinələr davam edir, bu gün və sabah anju və testlər ediləcək”.

Mia.az bildirir ki, bunu Publika.az-a açıqlamasında Prezidentin keçmiş köməkçisi Əli Həsənov səhhəti ilə bağlı danışarkən deyib.

Əli Həsənov bildirib ki, bundan sonra 72 saatlıq ürək döyüntü testi ilə yoxlama olacaq və tam qərar veriləcək:

“Kəskin aritmiyanın və ürək çatışmazlığının səbəbi dəqiq müəyyən ediləndən sonra yeni bir açıq ürək əməliyyatının, yaxud klapanlara hansısa müdaxilənin olub-olmamasına qərar veriləcək. Həm də boyun damarlarında ciddi problem aşkarlanıb”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA