"O vaxt professor həyat yoldaşım Topçubaşov sağ idi..." - Flora Kərimova "Sevgi kimi nankor varlıq dünyada yoxdur" deyir

img

20-08-2020 [13:44]


"Sevgi haqqında danışmağı xoşlamıram. Aldadıcıdır. Sevgi həyat fəslindən, əhval-ruhiyyədən asılıdır. Sevgi kimi nankor varlıq dünyada yoxdur".

Bu sözləri "Ən yaxşısı" proqramında qonaq olan Xalq artisti Flora Kərimova deyib.

Sənətçi sevgidən bəhs edib.

Kərimova "Qanun naminə" filmindən söz açıb. O, daha sonra filmlərə çəkilməməsindən söz açıb:

"O vaxt professor həyat yoldaşım Topçubaşov sağ idi. Ora mən xanım kimi gəlirdim. Sonra onu itrdim. Universitetə gedəndə itkini hiss edirdim. Hər zaman maşınla gedib gəlirdim. Dərsdən çıxırdım, yağış başıma tökülürdü. Yağışın ağrısını hiss edirdim. Xanımlığımı, yüksəkliyimi mənə xatırladan studiyaya kimsəsiz insan kimi getmək istəmədim"/Yenisabah. 


Digər xəbərlər
SON XƏBƏRLƏR