Zavodunun direktoru cəzalandırıldı

img

20-08-2020 [13:02]


Xaçmaz rayonunda fəaliyyət göstərən Qafqaz Konserv Zavodunun istehsalat tullantılarının Qobuqırağı kəndinin ərazisindən keçən çaya atıldığı ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Bunu Xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib.

O qeyd edib ki, əraziyə keçirilən baxış zamanı zavodda əmələ gələn istehsalat tullantılarının qanunvericiliyə uyğun idarə edilmədiyi və çaya atıldığı faktı təsdiqini tapıb.

"Faktla bağlı akt və protokol tərtib olunaraq zavodun direktoru Rüstəm Rüstəmovun İnzibati Xətalar Məcəlləsinin 264.0.1 maddəsinə əsasən hüquqi şəxs qismində 7 500 manatdan 10 000 manatadək cərimələnməsi üçün toplanmış materiallar məhkəməyə göndərilib. Gələcəkdə belə hallara yol verilməməsi və tullantıların qanunvericiliyə uyğun idarə olunması məqsədilə zavoda məcburi göstəriş verilib”, o bildirib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA