Gürcüstanın dövlət naziri azərbaycanlı ailələrə yardım paylayıb

img

19-08-2020 [16:59]


Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Tea Axvlediani Qardabaninin azərbaycanlılar yaşayan Qaracalar kəndinə baş çəkib.

O, baş nazirin insan haqları üzrə müşaviri Lela Akiaşvili və Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili ilə birgə kənddə yaşayan sosial təminatsız ailələrə baş çəkib.

Dövlət nazirinin Aparatının təşkilatçılığı və UNICEF təşkilatının maliyyə dəstəyi ilə sosial müdafiəsiz 82 ailəyə qida məhsulları və gigiyenik vasitlərdən ibarət bağlamalar təqdim olunub.

T.Axvlediani bildirib ki, Gürcüstan hökuməti pandemiyanın yaratdığı yeni ehtiyacları diqqətə almaqla etnik azlıqlara dəstək göstərməkdə davam edir./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA