Yardımlıda meşəbəyinin meyiti dərədə tapılıb

img

19-08-2020 [12:46]


Yardımlı rayonunda dərədə kişi meyiti tapılıb.Yardımlıda meşəbəyinin meyiti dərədə tapılıb

“Report”un Cənub Mərkəzinin məlumatına görə, Tahirli kənd sakini Təyyar Sərhadalı oğlu Məhərrəmov üç gün əvvəl meşə gözətçisi olduğu əraziyə getmək üçün avtomobilini aşağı kənddəki həyətlərdən birində saxlayıb.

Ailə üzvləri iki gün ərzində T.Məhərrəmovun qayıtmadığından narahat olduqlarında polis şöbəsinə məlumat veriblər.

Bu gün meşəbəyinin meyiti Hanoba meşəsindəki dərədə aşkar olunub. Hadisənin hansı şəraitdə baş verməsi barədə hələlik məlumat yoxdur. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

T.Məhərrəmovun üç ay əvvəl meşəbəyi təyin olunduğu bildirilir.

Faktla bağlı Yardımlı rayon prokurorluğunda araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA