"Mədəniyyət sahəsində çox ciddi islahatlara start verilib" - Nazir əvəzi bir qrup mədəniyyət və incəsənət xadimləri ilə görüşüb
19-08-2020 [12:24]
Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun ölkəmizin bir qrup mədəniyyət və incəsənət xadimləri ilə videokonfrans formatında görüşü keçirilib.
Mia.az nazirliyə istinadla xəbər verir ki, görüşdə çıxış edən Anar Kərimov əvvəlcə ona göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Qeyd edib ki, ölkə rəhbərliyinin mədəniyyət sahəsinin inkişaf etdirilməsi, idarə olunması, mədəniyyətimizin təbliği ilə bağlı müvafiq tapşırıq və tövsiyələri olub. Mədəniyyət və incəsənət xadimləri ilə görüşün əsas məqsədi də Mədəniyyət Nazirliyinin gələcək fəaliyyəti, mövcud problemlərin həlli ilə bağlı bu sahədə çalışan insanların fikir və mülahizələrini öyrənməkdir.
Ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deyən Anar Kərimov bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində çox ciddi islahatlara start verildiyini bildirib.
Videokonfrans iştirakçıları ilə mədəniyyət sahəsində görüləcək işlər və gələcək planlarla bağlı səmimi fikir mübadiləsi aparılıb.
Görüş iştirakçıları ölkə rəhbərliyi tərəfindən mədəniyyət sahəsinə və incəsənət xadimlərinə göstərilən diqqət və qayğını yüksək dəyərləndirdilər. Mövcud problemlər və onların həll yolları, həyata keçirilməsi nəzərdə tutulan layihələr müzakirə edildi. Mədəniyyət və incəsənət xadimləri mədəni irsin qorunması, təbliği və təşviqinin genişləndirilməsi ilə bağlı təkliflər səsləndirdilər.
Anar Kərimov gələcəkdə Mədəniyyət Nazirliyi tərəfindən reallaşdırılacaq layihələr və bu sahədə aparılan islahatlarda mədəniyyət və incəsənət xadimlərinin daha fəal iştirakının vacibliyini qeyd etdi. O, Mədəniyyət Nazirliyinin yaradıcı insanlarla, incəsənət xadimləri ilə ünsiyyətə, fikir mübadiləsinə daim önəm verəcəyini, hər zaman onların yanında olacağını bildirərək videokonfrans iştirakçılarına fəaliyyətlərində uğurlar arzuladı.
Vurğulandı ki, bundan sonra da görüləcək işlərlə bağlı mədəniyyət və incəsənət xadimlərinin fikir və təkliflərinin öyrənilməsi və birgə addımların atılması səmərəli olacaq.
İştirakçılar belə görüşlərin əhəmiyyətini vurğulayaraq, müzakirələr üçün seçilən formatın qarşıda duran məsələlərin səmərəli həlli üçün zəruri olduğunu qeyd etdilər və görüşün təşkil olunmasına görə təşəkkürlərini bildirdilər.
Bayden Rusiyanı təhdid elədi: "Bunun əvəzini ödətdirəcəyik"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Rikardo Kuarejma: "Bəlkə bu fürsəti "Beşiktaş"da tapa bilərəm”
"Qarabağ" yenə çempion adını qazandı - Sona 8 oyun qalmış...
İstanbul uğrunda savaş: Əkrəm İmamoğlu, yoxsa Murat Kurum qazanacaq? - Daha bir sorğu
"Neftçi" ikinci pilləyə yüksəlib
Qəzzada daha 24 fələstinli həlak olub
Müğənni Təranə Qumral: "Musa məni atıb gedə bilməz..."
Klublar Birliyi istefanı qəbul etmədi - "Ali Koçla yola davam!"
Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə müzakirə aparıb - XİN-dən açıqlama
Azercell gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir
Polşanın baş naziri: "Dünya yeni müharibə dövrünə qədəm qoyub..." - "Önümüzdəki iki il ərzində hər şey müəyyən olunacaq"
Nazir sabiq rəisə yeni vəzifə verdi
Sabiq direktorun cinayət işi məhkəməyə göndərilib
Şərqşünaslıq İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib - FOTOLAR
Məhkəmə Ələsgər Məmmədliyə "yox!" dedi
"Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin..." - Prezidentin köməkçisi
Güclü külək əsəcək - Xəbərdarlıq
Hamlet faciəsi illər sonra səhnədə -FOTO
Mübariz və Mais Mənsimovlar məhkəməyə verildi
Bakıda və Abşeronda havada toz müşahidə olunur
125 min fələstinli cümə namazını Məscidül-Əqsada qılıb - FOTO
Sabirabadda qan tökən salyanlının cinayət işi məhkəməyə göndərilib
AVRO 2024: hansı ulduz futbolçular kənarda qalıb?
Ramiz Mehdiyev cərimələnib? - "Bunlar başdan-ayağa uydurmadır"
Premyer Liqa: iki turun təqvimi açıqlanıb
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi