"Qarabağ" uddu, Azərbaycan UEFA reytinqində irəlilədi

img

19-08-2020 [10:18]


Azərbaycan UEFA reytinqindəki mövqeyində dəyişilik olub.

Bu, "Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali Makedoniya "Sileks"ini 4:0 hesabı ilə məğlub etməsi sayəsində gerçəkləşib.

Aktivinə 0,375 xal yazan Azərbaycan 14.750 xalla 26-cı yerdən 24-cü pilləyə yüksəlib. Buna həm də Qazaxıstanın Çempionlar Liqasındakı təmsilçisi "Astana"nın Belarus "Dinamo" (Brest) klubuna 3:6 hesablı məğlubiyyəti səbəb olub.

Hazırda UEFA reytinqində Azərbaycandan aşağıda qəraralaşan Norveç və Rumıniya çempionları mübarizəyə bu gün qoşulacaq. Müvafiq olaraq "Molde" və ÇFR Çempionlar Liqası matçlarında qələbə qazansalar, 24-cü sıradakı mövqe itirilə bilər.

Qeyd edək ki, "Qarabağ" II təsnifat mərhələsində "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun görüşləri 25-26 avqustda keçiriləcək. "Sileks" isə mübarizəyə UEFA Avropa Liqasının II təsnifat mərhələsində davam edəcək/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR