Süleyman Dəmirəl Azərbaycana gəlib

img

30-10-2013 [22:41]


Türkiyənin doqquzuncu prezidenti Süleyman Dəmirəl bu gün Azərbaycana gəlib. APA-nın məlumatına görə, S.Dəmirəli Heydər Əliyev Hava Limanında Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşkun, Türkiyə səfirliyinin və Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşları qarşılayıb.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Süleyman Dəmirəli Bakıda keçiriləcək "Bakı Beynəlxalq Humanitar Forum”a dəvət edib.

Üç gün davam edəcək forumda XXI əsrin ilk illərində dünya ölkələrinin qarşılaşdığı problemlərin müzakirə olunacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA