"Bu oyunlara maksimum dərəcədə hazırlaşmağa çalışacağıq” - Qurban Qurbanov qələbədən danışdı
18-08-2020 [22:26]
“Çox vacib qələbə qazandıq. Uzun müddətdən sonra qalib gəlmək xoşdur”.
Mia.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının I təsnifat mərhələsində “Sileks”lə keçirilən oyunu dəyərləndirərkən deyib. Tofiq Bəhramov adına Respublika stadionunda Şimali Makedoniya təmsilçisini darmadağın edən (4:0) Azərbaycan çempionu növbəti mərhələyə adlayıb.
Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Qurbanovun qələbə şərhi belə olub:
“Təəssüf ki, bu gün azarkeşlərimiz meydanda yox idilər. Azarkeş amilinin futbolda nə demək olduğunu tam hiss etdik. Qarşıda çempionat oyunu var. Bu oyunlara maksimum dərəcədə hazırlaşmağa çalışacağıq”.
- Maksim Medvedevin durumu necədir?
- Həkimlər sabah dəqiq deyəcəklər. Çox ciddi olduğunu düşünmürəm. Topuq nahiyəsi burxuldu. Ağrısı güclü olduğu üçün əvəzlədik.
- İlk hissədə bir qədər narazı idiniz. Konkret nə sizi qane etmirdi?
- Bu gün futbolçulardan ideal oyun gözləyə bilmərik. Amma lazımi anlarda tempi artırırdıq. Surətdən daha çox topla daha səliqəli oynamalı idilər. Onlardan bunu tələb etmişdim, edəcəyəm də. Amma bu qədər fasilədən sonra futbolçuların ən yaxşı oyununu göstərməsi mümkün deyil. Bu gün çox əziyyət çəkdilər. Hazırlaşdığımız hücumlar pis alınmadı, standart vəziyyətdən də pis oynamadıq.
- Növbəti mərhələdə hansı komandaya rəqib olmaq istərdiniz?
- Fərqi yoxdur. Hansı olsa, bizim üçün rəqibdir. Bugünkü səhvləri təkrarlamamalıyıq. Çünki növbəti mərhələyə adlayacaq komanda daha yaxşı formada olacaq. - Bugünkü rəqibin gücü komandanın səhvlərini görməyə imkan verdi? - Səhvlər var. Səhv elə bir elementdir ki, rəqibin güclü və ya zəif olmasının fərqi yoxdur. Futbolçu formadan, komanda ritmdən uzaq olanda səhvlər olur. Oyundan-oyuna bunları aradan qaldırmağa çalışacağıq. Elə səhvlərdir ki, çox az təkrarlayırıq və tezliklə aradan qaldıracağıq.
- Yeni transferlər gözləməyə dəyərmi?
- Pandemiyadan sonra transfer etmək daha da çətinləşib. İstənilən halda axtarışlarımız davam edir. Mütləq bir neçə transfer etmək istəyirik.
- Qapıçı seçimində həlledici məqam nə oldu?
- Şahruddin uzun müddətdir komandadadır. Emil bir ilə yaxın oynamadı. Bu gün belə qərar verdim. Amma onları ayırmıram. Qarşıdakı oyunlarda Emili də meydanda görə bilərik.
- Əcnəbi qapıçı transferi gündəmdədir?
- Bəli, gündəmdədir. Danışıqlar davam edir. Hətta iki qapıçı ilə danışıq uğurlu alınmadı.
- Növbəti oyun da evdə olacaq. Ot örtüyünün durumunu nəzərə alsaq, II mərhələ matçını ehtiyat arenada keçirə bilərsiniz?
- Açığı, oyundan əvvəl UEFA-ya bildirildi ki, bununla bağlı problem ola bilər. UEFA bildirdi ki, ilk oyunu burada oynamalısınız. Əgər icazə versələr, növbəti görüşü “Azersun Arena”da keçirə bilərik. Bəlkə 10-15 gündən sonra meydança düzəldi. Amma yenə də müraciətimizi etmişik.
- Yay fasiləsində komandadan gedənlər oldu? Bu gün ən çox kimin yoxluğunu hiss etdiniz?
- Mənim üçün futbolçulardan ayrılmaq asan deyil. Xüsusən də, 3-5 il burada oynayanlarla. Məcburuq yeni oyunçular gətirək. Çalışırıq özlərini sərbəst göstərsinlər. Kim gedirsə, hər birini burada görmək istərdim. Amma futbolda dəyişikliklər mütləq olmalıdır, kimsə getməlidir. Bir neçə oyunçu var ki, onlarla hər bir məşqçi işləmək istərdim.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb