"Vaksin ortaya çıxana qədər bu virus tarixin arxivinə qovuşacaq” - Professor

img

18-08-2020 [14:39]


"Çin çox əziyyət çəkməsin. Bu vaksin ortaya çıxıb, təsdiq olunub, kütləvi istehsalına qədər bu virus tarixin arxivinə qovuşacaq”.

Mia.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla Çində hazırlanan vaksinin dekabrda bazara çıxacağından danışarkən deyib. Professor bildirib ki, hər hazırlanan vaksin effektli nəticə verməyə də bilər:

"Vaksinlə bağlı şox seylər yazıla bilər. Vaksin illüziyasına çox fikir vermək lazım deyil. Rusiya da vaksin istehsal edir, amma görürsünüz, ciddiyə alınmadı. Dünya Səhiyyə Təşkilatı onların qarşısına şərt qoydu. Əvvəla, virus davam eləsə də, vaksinin necə təsir edəcəyi məsələsi var.  Vaksin həmişə uğurlu olmur”.

Adil Qeybulla Çinin hazırladığı vaksindən ciddi nəticə gözləmədiyini deyib.

Qeyd edək ki, Çin vaksin hazırlığına başlayıb. Onların hazırladığı koronavirus peyvəndi 2020-ci il dekabrın sonundan etibarən bazara çıxacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA