Azərbaycanda COVID-19: ən çox hansı bölgələrdə yoluxma var? + SİYAHI

img

18-08-2020 [13:28]


Azərbaycanda COVID-19-a yoluxma hallarının rayon və şəhərlər üzrə statistikası açıqlanıb.

Yoluxmanın 56,2 %-i Bakının payına düşür. 

Sonrakı yerlərdə 15,9 %-lə Abşeron, 6,6 %-lə Gəncə-Qazax, 10 %-lə Aran, 4,4 %-lə Lənkəran, 1,9 %-lə Quba-Xaçmaz, 1,7 %-lə Şəki-Zaqatala, 1,0 %-lə Yuxarı Qarabağ, 1,7 %-lə Dağlıq Şirvan, 0,05 %-lə isə Naxçıvan Muxtar Respublikası qərarlaşıb.

Ölkə xaricindən gələn şəxslərin isə 0,8 faizi virusa yoluxub. 

Bakının rayonlarına gəlincə, ən yüksək göstərici Binəqədidə (14,2 %) qeydə alınıb. Sonrakı yerdə 11,8 %-lə Yasamal, 12,2 %-lə Xətai, 11,9 %-lə Sabunçu, 9,2 %-lə Nəsimi, 8,1 %-lə Suraxanı, 8,4 %-lə Nərimanov, 7,2 %-lə Nizami, 7,3 %-lə Qaradağ, 4,5%-lə Səbail, 4,9 %-lə Xəzərdə, 0,3 %-lə Pirallahı gəlir.

Ölkə üzrə COVID-19-a yoluxanların 54 faizini qadınlar, 46 faizini isə kişilər təşkil edir.

Qeyd edək ki, bu günədək Azərbaycanda ümumilikdə 34 343 nəfər virusa yoluxub. Onlardan 32 042 nəfəri sağalıb, 508 -i isə dünyasını dəyişib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA