Bakıda çimərlikdə avtomobil yanıb - FOTO

img

16-08-2020 [18:01]


Bakıda hərəkətsiz halda olan avtomobil yanıb.

Hadisə Səbail rayonu, Şıx qəsəbəsində yerləşən çimərlikdə  qeydə alınıb.

Hadisə zamanı hərəkətsiz halda olan "Niva" markalı avtomobil qəfildən alışıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində yanğın söndürülüb. 

Yanğın zamanı xəsarət alan olmayıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA