Sərnişin daşıyan daha bir sürücü və 8 sərnişini cərimələnib - FOTO

img

16-08-2020 [16:52]


Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonların ərazilərində həftəsonları bütün ictimai nəqliyyatın fəaliyyəti qadağan olunub. Təəsüflər olsun ki, hələ də qayda pozuntusuna yol verən şəxslər var.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Mia.az-a verilən məlumata görə, karantin qaydalarını pozaraq bu qanunsuz fəaliyyətlə məşğul olan Xaçmaz rayon sakini Asif Əskərov idarə etdiyi “Qazel” markalı mikroavtobusla sərnişin aparan zaman rayon ərasizində Xacmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Şöbə əməkdaşları tərəfindən sürücü ilə izahedici söhbətlər aparılıb və törətdiyi qayda pozuntusu barədə məlumat verilib.

Karantin qaydalarını pozan A.Əskərov və mikroavtobusla olan 8 sərnişin barəsində qanunauyğun tədbirlər görülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 03.02.2026

Fil turisti öldürüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA