Putin Lukaşenkoya vəd verdi: "Rusiya istər İttifaq dövlətinin yaradılması müqaviləsi əsasında, istərsə də KTMT xətti ilə..."

img

16-08-2020 [15:22]


Rusiya və  Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko arasında növbəti telefon danışığı olub.

Məlumata görə,  Putin və Lukaşenko Belarusda prezident seçkilərindən sonra respublikaya xaricdən göstərilən  təzyiqləri nəzərə almaqla yaranmış vəziyyətin müzakirəsini davam etdiriblər.

Rusiya tərəfi İttifaq dövlətinin yaradılması haqqında müqavilənin prinsipləri əsasında, eləcə də, lazım olacağı təqdirdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının xətti ilə vacib yardım göstərməyə hazır olduğu təsdiqləyib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR