Ermənistanda daha 168 nəfərdə koronavirus aşkarlanıb

img

16-08-2020 [11:14]


Ermənistanda daha 168 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 41 663-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 1 nəfər artaraq 818-ə çatıb. İndiyədək 34 584 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 6 018 aktiv koronavirus xəstəsi var/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR