Ermənistanın kəşfiyyat uçuşları keçirməyə cəhd edən daha bir PUA-sı məhv edildi - MN açıqladı

img

15-08-2020 [21:05]


Avqustun 15-i saat 16:20-də Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, düşmənin növbəti PUA-sı Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən dərhal aşkar olunaraq məhv edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR