ƏRDOĞAN YUNANISTANI SAVAŞLA HƏDƏLƏDİ: "Əgər Qərbi Trakyadakı qaba fəaliyyəti və gəmilərimizə təhdidləri dayandırmasalar..."

img

15-08-2020 [20:39]


"Əgər Aralıq dənizindəki "Oruc Rəis” gəmimizə ən kiçik təhdid, yaxud hücum olarsa, dərhal gərəkli cavabı verəcəyik".

Mia.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Şərqi Aralıq dənizində və Türkiyə ilə quru sərhədində yaratdığı gərginliklə bağlı açıqlamasında münasibətdə deyib.

Ərdoğan bildirib ki, Türkiyə bu günə qədər Yunanıstana qarşı yumşaq davranıb: "Ancaq biz bunun qarşılığını görmədik. O üzdən bəyan edirəm ki, 100 il əvvəlki Sevr anlaşmasını necə cırıb ataraq Vətənimizi qoruduqsa, indi də dəniz sularımızı ("Mavi Vətən") elə qoruyacağıq. Bunu hər kəsin bilməsi lazımdır. Artıq Türkiyənin istər masada, istərsə də sahədəki gücünü rəqiblərimiz də bilir, qiymətləndirir. Odur ki, Yunanıstandan ilk növbədə Qərbi Trakyada türk kökənli insanlara qarşı qaba fəaliyyətini dayanadırmağı tələb edirik. Əgər Yunanıstan belə qaba fəaliyyətindən əl çəkməzsə, gərəyini edərik".

Ərdoğan bildirib ki, Türkiyəni kimsə təhdid və ya sanksiya dili ilə yolundan geri çəkindirə bilməz:

"Bizim "Oruc Rəis" gəmimiz avqustun 23-dək Aralıq dənizində fəaliyyətini davam etdirəcək. Əgər gəmimizə ən kiçik taciz olarsa, kəskin cavabını verməkdən çəkinməyəcəyik!".

Qeyd edək ki, iki gün əvvəl  Aralıq dənizində yunan hərbi gəmisi Türkiyənin dənizdə neft-qaz arxtarışı aparan "Oruc Rəis" sondaj gəmisini qoruyan T.C.G Kemal Reis" friqatına atəş açıb. Cavab atəşi ilə Yunanıstanın  “Limnos” adlı friqatı ciddi zədə alıb. Bundan sonra yunanlar geri çəkilib və dərhal Avropa ölkələrindən yardım istəyib.

Rəsmi Afinanın bu yardım çağırışına Türkiyə ilə münasibətləri gərgin olan Fransa dərhal müsbət cavab verib. Maraqlı burasıdır ki, bu gün Fransa Yunanıstana dəstək üçün hətta Aralıq dənizinə iki hərbi gəmi, bir neçə qırıcı və iki helikopter göndərib. Üstəlik, birgə hərbi təlimlərə start verdiklərini bəyan ediblər.

Ərdoğan bu cür içiboş təhdidlərin Türkiyəni yolundan döndərə bilməyəcəyini təkrar bəyan edib.

Bundan dərhal sonra Avropa İttifqaı ölkələri Yunanıstanın tələbi ilə toplanıb. Toplantıdan Afinanın istəyinə uyğun qərar çıxmayıb. İttifaq ölkələri Afinanı Ankara ilə danışıqlar masasına oturub, problemi çözməyi tövsiyə edib.

Bundan dərhal sonra isə yunanlar Qərbi Trakya bölgəsindəki türklərin yaşadığı kəndlərdə hərbi təlimə start veriblər. Onlar türk insanlarına gözdağı vermək üçün hətta türk məzarlığında və yaşayış evlərinin aralarında hərbi təlimlər gerçəkləşdiriblər. Hazırda bu cür təlimlər bölgədə davam edir, türk ailələr isə həyəcan təbili çalırlar.

Sözsüz ki, bu da rəsmi Ankaranın kəskin etirazına səbəb olub.

Maraqlı burasıdır ki, bu duruma Avropa ölkələrindən ciddi reaksiyalar verilməyib. Yalnız Makedoniya Qərbi Trakyada yaşayan makedon əsilli insanlara görə etirazını bildirib.

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR