ƏRDOĞAN YUNANISTANI SAVAŞLA HƏDƏLƏDİ: "Əgər Qərbi Trakyadakı qaba fəaliyyəti və gəmilərimizə təhdidləri dayandırmasalar..."
15-08-2020 [20:39]
"Əgər Aralıq dənizindəki "Oruc Rəis” gəmimizə ən kiçik təhdid, yaxud hücum olarsa, dərhal gərəkli cavabı verəcəyik".
Mia.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Şərqi Aralıq dənizində və Türkiyə ilə quru sərhədində yaratdığı gərginliklə bağlı açıqlamasında münasibətdə deyib.
Ərdoğan bildirib ki, Türkiyə bu günə qədər Yunanıstana qarşı yumşaq davranıb: "Ancaq biz bunun qarşılığını görmədik. O üzdən bəyan edirəm ki, 100 il əvvəlki Sevr anlaşmasını necə cırıb ataraq Vətənimizi qoruduqsa, indi də dəniz sularımızı ("Mavi Vətən") elə qoruyacağıq. Bunu hər kəsin bilməsi lazımdır. Artıq Türkiyənin istər masada, istərsə də sahədəki gücünü rəqiblərimiz də bilir, qiymətləndirir. Odur ki, Yunanıstandan ilk növbədə Qərbi Trakyada türk kökənli insanlara qarşı qaba fəaliyyətini dayanadırmağı tələb edirik. Əgər Yunanıstan belə qaba fəaliyyətindən əl çəkməzsə, gərəyini edərik".
Ərdoğan bildirib ki, Türkiyəni kimsə təhdid və ya sanksiya dili ilə yolundan geri çəkindirə bilməz:
"Bizim "Oruc Rəis" gəmimiz avqustun 23-dək Aralıq dənizində fəaliyyətini davam etdirəcək. Əgər gəmimizə ən kiçik taciz olarsa, kəskin cavabını verməkdən çəkinməyəcəyik!".
Qeyd edək ki, iki gün əvvəl Aralıq dənizində yunan hərbi gəmisi Türkiyənin dənizdə neft-qaz arxtarışı aparan "Oruc Rəis" sondaj gəmisini qoruyan T.C.G Kemal Reis" friqatına atəş açıb. Cavab atəşi ilə Yunanıstanın “Limnos” adlı friqatı ciddi zədə alıb. Bundan sonra yunanlar geri çəkilib və dərhal Avropa ölkələrindən yardım istəyib.
Rəsmi Afinanın bu yardım çağırışına Türkiyə ilə münasibətləri gərgin olan Fransa dərhal müsbət cavab verib. Maraqlı burasıdır ki, bu gün Fransa Yunanıstana dəstək üçün hətta Aralıq dənizinə iki hərbi gəmi, bir neçə qırıcı və iki helikopter göndərib. Üstəlik, birgə hərbi təlimlərə start verdiklərini bəyan ediblər.
Ərdoğan bu cür içiboş təhdidlərin Türkiyəni yolundan döndərə bilməyəcəyini təkrar bəyan edib.
Bundan dərhal sonra Avropa İttifqaı ölkələri Yunanıstanın tələbi ilə toplanıb. Toplantıdan Afinanın istəyinə uyğun qərar çıxmayıb. İttifaq ölkələri Afinanı Ankara ilə danışıqlar masasına oturub, problemi çözməyi tövsiyə edib.
Bundan dərhal sonra isə yunanlar Qərbi Trakya bölgəsindəki türklərin yaşadığı kəndlərdə hərbi təlimə start veriblər. Onlar türk insanlarına gözdağı vermək üçün hətta türk məzarlığında və yaşayış evlərinin aralarında hərbi təlimlər gerçəkləşdiriblər. Hazırda bu cür təlimlər bölgədə davam edir, türk ailələr isə həyəcan təbili çalırlar.
Sözsüz ki, bu da rəsmi Ankaranın kəskin etirazına səbəb olub.
Maraqlı burasıdır ki, bu duruma Avropa ölkələrindən ciddi reaksiyalar verilməyib. Yalnız Makedoniya Qərbi Trakyada yaşayan makedon əsilli insanlara görə etirazını bildirib.
Mia.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb