"Bəzi mədəniyyət xadimlərinin emosional çıxışlarını da gördük, onları..." - PA rəsmisindən müğənnilərin etirazlarına reaksiya

img

15-08-2020 [13:10]


Prezidentin köməkçisi Hikmət Hacıyev Operativ Qərargahın bu gün keçirilən brifinqində toylardan məhrum qaldıqları üçün son günlər müğənnilərin narazı paylaşımlar etməsi məsələsinə də toxunub. 

Mia.az xəbər verir ki, H.Hacıyev toyların əmək bazarına, vergi tutumuna və dövlət büdcəsinə xeyirli olduğunu bildirib:

"Bəzi mədəniyyət xadimlərinin bu haqda emosional çıxışlarını da gördük, onları da anlayışla qarşılayırıq. Amma digər tərəfdən məsuliyyətli dövlət anlayışı da var. Dövlət vətəndaşların sağlamlığı üçün bu addımları atmalıdır. Ona görə də toyların hansı məqamda keçiriləcəyi ilə bağlı fikir demək çətin olardı".

Digər xəbərlər
SON XƏBƏRLƏR