ƏRDOĞAN FRANSA İLƏ YUNANISTANA BARMAQ SİLKƏLƏDİ: "Hücum etsəniz, ağır bədəlini ödəyərsiniz" - Aralıq dənizində gərginlik
13-08-2020 [23:27]
"“Oruc Rəis” gəmimizə hücum etməyin, hücum etsəniz, ağır bədəlini ödəyərsiniz", dedik və bu gün ilk cavablarını aldılar".
Mia.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin quruluşunun 19-cu ilinə həsr olunmuş toplantıda Şərqi Aralıq dənizindəki gərginliklə bağlı açıqlamasında deyib.
Qeyd edək ki, bu gün Aralıq dənizində yunan hərbi gəmisi Türkiyənin dənizdə neft-qaz arxtarışı aparan "Oruc Rəis" sondaj gəmisini qoruyan T.C.G Kemal Reis" friqatına atəş açıb. Cavab atəşi ilə Yunanıstanın “Limnos” adlı friqatı ciddi zədə alıb. Bundan sonra yunanlar geri çəkilib və dərhal Avropa ölkələrindən yardım istəyib.
Rəsmi Afinanın bu yardım çağırışına Türkiyə ilə münasibətləri gərgin olan Fransa dərhal müsbət cavab verib. Maraqlı burasıdır ki, bu gün Fransa Yunanıstana dəstək üçün hətta Aralıq dənizinə iki hərbi gəmi, bir neçə qırıcı və iki helikopter göndərib. Üstəlik, birgə hərbi təlimlərə start verdiklərini bəyan ediblər.
Ərdoğan bu cür içiboş təhdidlərin Türkiyəni yolundan döndərə bilməyəcəyini təkrar bəyan edib.
Ərdoğandan dərhal sonra Türkiyə Müdafiə Nazirliyi də bəyanat verib.
Bildirilib ki, Türkiyə dənizdəki yetki ərazilərində haqq və mənafelərini qərarlı şəkildə qorumaqdadır: ""Oruc Rəis" gəmimiz hərbi güclərimizin müşayiəti ilə ilk gündə olduğu kimi qərarlıqla fəaliyyətini davam etdirir".
Yunanıstanla Fransanın Türkiyəyə qarşı Aralıq dənizində birgə hərbi təlimi ABŞ-ı da narahat edib.
Pentaqon sözçüsü Conatan Hoffman Yunanıstan və Fransanın dəniz qüvvələrinin Aralıq dənizindəki ortaq hərbi təlimindən narahat olduqlarını bəyan edib: "ABŞ gərginlyin azaldılmasını istəyir. Dənizdə savaş gəmilərini hərəkətə gətirməkdənsə, siyasi həll yolları axtarılmalıdır".
Mia.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb