Emin Əmrullayev: "Bu mövzu ilə bağlı "səhv" və ya "düz" fikir yoxdur" 

img

13-08-2020 [22:35]


"COVİD-19 pandemiyası şəraitində növbəti tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı hazırlanmış təkliflərə görə Azərbaycan Respublikasının Təhsil İnstitutuna təşəkkürümü bildirirəm". 

Bunu Təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, elmi tədqiqatlara əsaslanmaq verilən qərarların səmərəliliyini artırır:

"Mövzu ilə bağlı rəy və təkliflərinizi eşitmək çox maraqlı olardı. Təhsil Nazirliyi ictimai rəyin öyrənilməsinə və vətəndaşların qərarların qəbul edilməsində iştirakına böyük önəm verir. Xüsusi olaraq vurğulamaq istərdim ki, bu mövzu ilə bağlı "səhv" və ya "düz" fikir yoxdur, bütün rəylər və tövsiyələr faydalıdır. Rəy və təkliflərinizə görə hər birinizə  əvvəlcədən dərin minnətdarlığımı bildirirəm"/APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA