"Həftədə 2 gün dərs olsun" - Direktor müavini

img

13-08-2020 [18:03]


“Əgər ümumtəhsil məktəblərində tədrisin təşkili ilə bağlı qərar verilərsə, o zaman müəyyən çərçivədə, sanitar-gigiyenik qaydalar, tələblər gözlənilməklə, müəyyən şərtlər daxilində təlim-tədris prosesi davam edə bilər”. 

Bunu Təhsil İnstitutunun direktor müavini, əməkdar müəllim Ənvər Abbasov deyib.

Onun sözlərinə görə, təklif olunur ki, həftədə 2 gün dərs olsun: “Yəni, həftədə ardıcıl olaraq dərs keçirilməsin. Bu zaman saatlarda ixtisar olur. Xüsusən “narıncı” zonaya daxil olan rayonlarda, məsələn, I sinif üçün 6-7 saat dərs keçirilə bilər. XI sinif üçün isə 8 saat dərs keçilə bilər. “Narıncı” zonanın “sarı” zonadan fərqi var. “Sarı” zonada isə I siniflər üçün 11-12 saat dərs keçilə bilər”.


Digər xəbərlər
SON XƏBƏRLƏR