Rəsmi Moskvadan Belarusla bağlı açıqlama: "Hadisələri diqqətlə izləyirik"

img

13-08-2020 [17:28]


“Belarusda son günlər baş verən hadisələri diqqətlə izləyirik. Biz seçkisonrası Belarus şəhərlərinin küçələrində olan asayiş pozuntuları ilə bağlı məlumatlardan narahatlıq keçiririk”.

Bunu Rusiyanın Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova söyləyib/Report.

O bildirib ki, Rusiya ilə Belarus arasında nifaq salmaq istəyənlər müvəffəqiyyətsizliyə düçar olacaqlar: "Belarusda prezident seçkiləri ərəfəsində saxlanılan rus vətəndaşlarla bağlı problemə tezliklə aydınlıq gətiriləcək. Artıq saxlanılan rus jurnalistlərin əksəriyyəti azad edilib. Rusiya Belarusdakı vəziyyətin tezliklə stabilləşəcəyinə ümid edir”.

M. Zaxarova Belarusdakı iğtişaşlarda “rus izi” axtarmağın əsassız olduğunu da vurğulayıb/APA. 


Digər xəbərlər
SON XƏBƏRLƏR