Cəzalandırılan Azərbaycan taekvondoçusu: “Diskvalifikasiya qərarı mənim üçün önəm daşımır”

img

13-08-2020 [15:16]


Azərbaycan millisinin sabiq taekvondoçusu Ramin Əzizov karyerasını başa vurub.

Bu barədə apasport.az saytına ölkəmizin tanınmış idmançısı özü məlumat verib. 

O bildirib ki, ötən ilin dekabrında Azərbaycan çempionu olduqdan sonra karyerasını başa vurub və bu səbəbdən AMADA-nın barəsində verdiyi 2 illik diskvalifikasiya qərarı onun üçün heç bir önəm daşımır: “Ötən ilin sonunda keçirilən ölkə birinciliyindən sonra idmandan getmək qərarına gəldim. Bu hadisə isə karyeramı başa vurduqdan sonra, fevralda baş verib. Axı mən indi peşəkar idmançı deyiləm. Hətta idmandan getdiyimi AMADA-ya yazdığım ərizədə də qeyd etmişdim. Bu qərar da köhnə testlərə əsasən verilib. İdmanla vidalaşdığımdan, qərarın mənim üçün elə bir əhəmiyyəti qalmayıb və buna görə də, hansısa addımı atmağı planlaşdırmıram”.

Qeyd edək ki, +87 kq çəki dərəcəsində çıxış edən Əzizov Avropa çempionatının gümüş və bürünc, dünya çempionatının bürünc, həmçinin İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazanıb. 32 yaşlı sabiq taekvondoçu eyni zamanda London-2012 Yay Olimpiya Oyunlarında Azərbaycan yığmasının heyətində yer alıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR