Bu qan qrupunu daşıyanların COVİD-19-a yoluxma riski daha çoxdur

img

13-08-2020 [12:30]


İspaniyanın Barselona Universiteti ilə Braziliyanın Kampinas Universitetinin tədqiqatçıları koronavirusa yoluxma ehtimalının qan qrupu ilə bağlı olduğu qənaətinə gəliblər.

“Report” “İzvestia”ya istinadən xəbər verir ki, 126 ölkədə virusun yayılmasını araşdıran alimlər məhz mənfi qan qrupu (Rh-) sahiblərinin əksəriyyət təşkil etdiyi ölkələrdə yoluxma hallarının daha çox olduğunu aşkar ediblər.

Belə ölkələr arasında ABŞ, Avstraliya, Avstriya, Böyük Britaniya, Braziliya, İspaniya, İsveçrə, Yeni Zelandiya sadalanır.

Həmçinin mənfi qan qrupu sahiblərinin koronavirusla yanaşı tez-tez yoluxan immun xəstəliklərinə qarşı daha həssas olmaları faktı da bu fərziyənin xeyrinə dəlalət edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA