Hindistanda daha 66999 nəfər virusa yoluxub - 942 nəfər ölüb

img

13-08-2020 [12:11]


Hindistan yeni növ koronavirus (COVID-19) infeksiyasından ölənlərin sayına görə Böyük Britaniyanı ötüb.

BBC-nin verdiyi xəbərə görə, ölkədə indiyədək infeksiyaya yoluxaraq ölənlərin sayı 47 033 nəfərə çatıb.  

Son sutkada Hindistanda 66 999 yeni yoluxma halı qeydə alınıb, 942 nəfər ölüb.  

Ölkədə indiyədək infeksiyaya yoluxanların ümumi sayı 2 milyonu ötüb. 

Qeyd edək ki, Böyük Britaniyada indiyədək 46 791 nəfər koronavirusdan vəfat edib/APA.  


Digər xəbərlər
SON XƏBƏRLƏR