KƏMALƏDDİN HEYDƏROVUN XANIMI DÖVLƏT QURUMUNA OFİS İCARƏYƏ VERDİ - 48 min manata

img

13-08-2020 [11:48]


Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ofis yerinin icarəsi üçün elan etdiyi tenderin qalibi məlum olub. 

Mia.az Yenisabah.az-a istinadla xəbər verir ki, fevral ayında elan edilən tenderin nəticələri bir neçə gün əvvəl açıqlanıb və bəlli olub ki, qalib Heydərova Ruhəngiz Muxtar qızıdır. 

O, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşıdır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi hakim Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının üzvü, həmçinin SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sdəri olan olan Ruhəngiz Heydərovaya  ofis yerinin icarəsi üçün 48 840 AZN ödəyəcək. 

Mərkəzin icarəyə götürdüyü bina Mikayıl Useynov küçəsi, ev 63 ünvanındadır. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA