Deputat övladlarının xaricdə təhsil alması ilə bağlı xəbərə "ikibaşlı" mesaj verdi - Rüfət Quliyevi məmurlar "vurdurur"?
12-08-2020 [13:11]
Deputat Rüfət Quliyev maraqlı açıqlamalar verib. Bildirib ki, barəsində mediada yer alan tənqidi materiallar onu susdurmaq məqsədi daşıyır.
Rüfət Quliyevin sözlərinə görə, bəzi məmurları tənqid etdiyi üçün hədəfə gəlib. Lakin deputat konkret ad çəkməyib.
Miaa.z xəbər verir ki, Rüfət Quliyev Yenisabah.az-ın əməkdaşı ilə söhbətində də fikirlərini konkretləşdirməyib.
“Yazdırdılar və cavablarını aldılar. Əlavə deyəcəyim nəsə yoxdur. Hamı hər şeyi bilmək istəyir. Amma hələlik deyəcəklərimi demişəm”, - deyə deputat bildirib.
Hakimiyyət islahatlar kampaniyası elan edəndəndən sonra Rüfət Quliyev də ümumi trendə qoşularaq məmurlar haqqında tənqidi fikirlər səsləndirib. Lakin onun tənqidlərində konkret ünvan olmayıb.
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) icra başçılarının həbsilə müşayiət olunan xüsusi əməliyyatları zamanı deputat məmurlara çağırış da edib.
“Digər məmurlar da bu dərsdən ibrət almalıdır. Onlar bilməlidirlər ki, bu proses davam edir, dayanmır. Məmurlar başa düşməlidirlər ki, artıq geriyə yol yoxdur. Onlara çağırışım budur ki, vətəndaşlara daha çox qayğı göstərsinlər, onların problemlərinin həllinə çalışsınlar. Məmurlar gələcəyi düşünməlidirlər ki, bir neçə il sonra insanlar onları yaxşı xatırlasınlar”, - deyə o vurğulayıb.
Bir həftə əvvəl isə Rüfət Quliyev Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyini (TƏBİB) tənqid atəşinə tutub. Buna görə də sosial mediada deputatın məhz bu qurumu nəzərdə tutduğu haqda ehtimallar səslənib.
Lakin R. Quliyev bildirib ki, o TƏBİB-lə bağlı məsələni Milli Məclisdə səsləndirdikdən dərhal sonra qurum tərəfindən həmin problemlər həll olunub. Buna görrə də o, bu fikri səsləndirərkən TƏBİB-i nəzərdə tutmadığını vurğulayıb:
“İndi mən belə tənqidi çıxışlar edəndə haqqımda yalan məlumatları yenidən yaymağa başlayıblar. Bir ay əvvəl də eyni yalanları yayırdılar. Bütün bunlar onu göstərir ki, mənim səsləndirdiyim tənqidlər hədəfinə çatıb.
Bir neçə qurumlar var ki, mən məhz onları nəzərdə tuturam. Güman edirəm ki, lazımı nəticə çıxaracaqlar".
Tramp İranda kiminlə təmasda olduqlarını açıqladı, Ali Dini Liderin isə… - “Bir həftə içində çox şeylər bəlli olacaq”
Livan Prezidenti: “Ölkənin cənubdakı vəziyyət faciəlidir”
Montella: “Özümü həqiqətən də türk kimi hiss edirəm”
İsrail parlamentindən şok qərar - Fələstinli məhbuslar edam olunacaq
Pezeşkian yeni şərt irəli sürdü: “Müharibənin bitməsi İran xalqının təhlükəsizliyi və…”
31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür
Tehran yenə bombalanır – Paytaxtda partlayış səsləri artıb
Bakıda qardaş qardaşı güllələyib
"FIFA Series – 2026": millimiz qalib gəldi (YENİLƏNİB)
ANAMA əməkdaşı Xocalıda qəzada ölüb
Xalq artisti Rasim Balayev dəfn edildi - Yenilənib
Ombudsman Səbinə Əliyeva bəyanat yayıb
Sabah yağış yağacaq
Şirvanda mənzildə partlayış olub, yaralı var - VİDEO
Paşinyan Baş nazir postuna yenidən namizəd oldu
Qazaxda 18 yaşlı qız dəm qazından boğulub
Sultan Süleymana Şah Abbas dərsi - TƏHLİL
Tramp: "Güman edirəm ki, tezliklə razılaşma olacaq" - "İran ABŞ-a 20 neft tankeri hədyyə edib"
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi