"İki məhkəmə sədri barədə intizam icraaatı başlanılıb” - Məhkəmə Hüquq Şurasından açıqlama

img

12-08-2020 [11:46]


“Məhkəmə Hüquq Şurası tərəfindən indiyədək 60-dan çox məhkəmədə monitorinqlər keçirilib”.

Bunu Məhkəmə Hüquq Şurasının sektor müdiri Seyfəlpaşa Əliyev deyib.

Onun sözlərinə görə aşkar olunan 150-dən çox pozuntu hakim və məhkəmə sədrlərinin diqqətinə çatdırılıb:

“İşlərin elektron bölgüsünün həyata keçirilməsi ilə bağlı 20-dək pozuntu aşkarlanıb və məhkəmə sədrlərinin diqqətinə çatdırılıb. Daha ciddi pozuntularla bağlı isə iki məhkəmə sədri barədə intizam icraaatı başlanılıb”.

S.Əliyev bildirib ki, bu tədbirlərin əsas məqsədi ədalət mühakiməsinin təkmilləşdirilməsi və hakimlərin məsuliyyət hissinin artırılmasıdır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA