Doğru Yol Partiyasının sədri Ərdoğana təbrik mesajı göndərdi

img

29-10-2013 [21:59]


  • Doğru Yol Partiyasının sədri Kəramət Salayev Türkiyə baş naziri R.T.Ərdoğana təbrik mesajı göndərdi. Təbrikdə deyilir. Hörmətli Baş Nazir ! Türkiyə Cümhuriyətinin elan olunmasının 90 -cı ildönümü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin ! Bu gün qardaş Türkiyə siyasi- iqtisadi cəhətdən möhkəmlənmək, dövlətçilik ənənələrinin daha da güclənməsi istqamətində islahatlar aparmaq yolu ilə irəliləyir və xoşbəxt insanların vətəninə çevrilir. Ölkənin beynəlxalq aləmdə nüfuzu artır. Yaşadığımız yüzillikdə millətlər yarışmasında ortaq milli, mənəvi dəyərləri daşıyan xalqlarımıza dünyada barış və səadətin bərpası naminə qəti qələbə arzu edirəm ! Hörmətli Baş Nazir ! Böyük dövlət və siyasi xadim kimi daşıdığınız missiyanı anlayır, müqəddəs amala xidmətinizdən dolayı bu əlamətdar gündə Sizə möhkəm can sağlığı, işlərinizdə uğurlar, Türkiyə Cümhuriyətinə əmin amanlıq və rifah arzu edirəm. Uca Allah yar və yardımçınız olsun ! 

    Hörmətlə, 

    Doğru Yol Partiyası Təşkilat Komitəsinin sədri Kəramət Salayev

    Azərbaycan Respublikası, Bakı şəhəri.

    29 oktyabr 2013 cü il.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA