"Birliyimiz əbədidir..." - Ceyhun Bayramov Çavuşoğlu ilə brifinqdə 

img

11-08-2020 [13:27]


"Bu ilin sonu icrası tamamlanacaq Cənub Qaz Dəhlizi və onun əsas tərkib hissəsi olan TANAP layihəsi ilə bağlı müzakirə aparılıb".

Bunu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi birgə brifinqdə bildirib. 

"Türkiyə ilə münasibətlərin genişlənməsi Azərbaycan xarici siyasətinin prioritet istiqamətidir. Bu münasibətlərin inkişafında iki ölkə rəhbərinin şəxsi dostluq münasbətləri, aralarındakı səfərlər xüsusi önəm kəsb edir. Bu gün hərtərəfli dinamik inkişafın müzakirəsi aparıldı. Çoxsaylı enerji və nəqliyyat məsələləri müzakirə edilib", - nazir deyib/Report. 

Nazir deyib ki, Azərbaycan və Türkiyənin birliyi əbədidir və biz gələciyimizi bu möhkəm zəmin üzərində qururuq.

O, çıxışında Azərbaycanın Türkiyə və türk xalqının yanında olduğunu vurğulayıb: "Azərbaycan həmişə Türkiyənin haqq işini dəstəkləyir və türk xalqının yanındadır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR