Koronavirusa yoluxanlara yenidən imtahan keçirilməyəcək - DİM-lə yazıçı arasında qalmaqal
11-08-2020 [11:39]
Yazıçı Nicat Həşimzadə Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadəyə müraciət edib.
Yazıçısı müraciətində qeyd edib ki, yaxın qohumu olan 17 yaşlı abituriyent koronavirusa yoluxduğu üçün ali məktəblərə qəbul imtahanında iştirak edə bilməyəcək. O, M. Abbaszadədən belə halla qarşılaşan şəxslərin nəzərə alınmasını, onlar üçün yenidən imtahan təşkil olunmasını istəyir.
DİM-dən ona virusa yoluxan abituriyentlər üçün təkrar imtahan keçirilməyəcəyinin bildirildiyini qeyd edən yazıçı bu qərarı ədalətsiz hesab edir: “Mənim yaxın qohumumun bütün ailəsi xəstəliyə yoluxub. Atası 40 gün ərzində Rusiyada iki dəfə ağır ürək əməliyyatı keçirib. Anasının bir gözü görmür, əlildir. Siz axı niyə belə ədalətsiz qərar verərək onsuz da bu cür ağır vəziyyətdə olan ailələrə daha da böyük zərbə vurursunuz. Onu da nəzərinizə çatdırım ki, təkrar imtahan olmayacağını eşidən qohumum intihar etmək istəyir”.
Yazıçının sözlərinə görə, qohumu dəfələrlə tarix və coğrafiya fənləri üzrə məktəblərarası olimpiadalarda yüksək yerlər tutub.
“İndi bu uşaq virusa yoluxub deyə imtahanda iştirak edə bilmir və siz də təkrar qəbul imtahanı təşkil etmək istəmirsiniz. Belə məlum olur ki, bu uşaq imtahan vermədən hərbi xidmətə getməlidir”, - deyə o, qeyd edib.
Dövlət İmtahan Mərkəzindən isə bildirilib ki, DİM tərəfindən iyun ayının 10-dan etibarən keçirilən bütün buraxılış (qəbul) imtahanları pandemiya şəraitinin tələblərinə uyğun təşkil olunub: “İmtahan özlüyündə kütləvi prosesdir, on minlərlə insan iştirak edir. Bizim əsas məqsədimiz, hamı üçün tam təhlükəsiz şəraitdə imtahanların keçirilməsi olub. Buna görə də imtahanlar zamanı iştirakçılar sağlamlıq haqqında bəyannamə təqdim edib və binaya daxil olarkən bədən temperaturları ölçülüb. Bədən temperaturunun yüksək olduğu üçün imtahana buraxılmama halı olubsa, hər imtahandan sonra bununla bağlı məlumat verilib. Ümumilikdə, iyun-iyul ayları ərzində keçirilən imtahanlarda 40-a yaxın belə hal olub.
Qeyd edək ki, indiyə qədər bu imtahanlarda temperatur, eləcə də digər üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün DİM-ə tam sağlam olduqları haqqında arayış təqdim etdikdən sonra növbəti imtahan günlərinin birində imtahan verməsi üçün şərait yaradılıb. Onlar da gəlib imtahan veriblər. Çünki buraxılış (qəbul) imtahanları bir neçə dəfə keçirilib (müxtəlif şəhər və rayonlar üzrə) və ay yarımdan artıq davam edib. Buna görə də həmin şəxslərin də imtahan verməsi üçün imkan yaradılıb”.
DİM-dən bildirilib ki, bu il pandemiya şəraitinə görə qəbul imtahanlarının 2 dəfə keçirilməsi təxirə salınıb: “İndiki halda əlavə qəbul imtahanlarının keçirilməsi üçün vaxt yoxdur və qəbul imtahanlarında hər hansı bir səbəbdən iştirak edə bilməyənlər üçün yenidən imtahanların keçirilməsi mümkün deyil”.
O da qeyd olunub ki, qəbul kampaniyası bir-birinə zəncirvari şəkildə bağlı olan mürəkkəb prosesdir və təkcə imtahandan ibarət deyil: “İmtahandan sonra iştirakçıların materialları emal edilməli, nəticələri açıqlanmalıdır. Bundan sonra isə abituriyentlər ixtisas seçimi etməlidirlər ki, müsabiqə həyata keçirilsin. Növbəti mərhələdə isə qəbul olunanlar qeydiyyatdan keçməlidirlər. Göründüyü kimi, bir mərhələdən sonra növbəti mərhələ başlayır və bu proses gecikdirilə bilməz. Hər hansı bir mərhələdə ləngimə ümumi prosesə təsir edir və məqsədəuyğun hesab olunmur”/APA.
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib
5 MİN MANATADƏK QEYSƏRİYYƏ ƏMƏLİYYATLARI: bazar, yoxsa...? - Hansı həkim neçəyə edir? (SİYAHI)
"Aston Villa" məşhur məşqçi ilə müqaviləni uzadıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə 43 əfqan saxlanılıb
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
Millimiz Belarusa uduzub
Arda Gülər "Real Sosyedad"lə oyuna əsas heyətdə meydana çıxacaq
“Biz kənardan gələn ciddi təhdidlər və problemlərlə üzləşmişdik" - İlham Əliyev quru sərhədlərin bağlanmasından danışdı
Xankəndidə silah-sursat aşkarlanıb
Aparıcı: "Vado Korovinin "Space"yə rəhbərlik edib-etməyəcəyi bəlli deyil" - "Allah heç kimi heç kimin yanında xəcalətli etməsin"
Pul, reytinq, əxlaq... - Lalə Azərtaş getdi, bəs o biri verilişlər də bağlanacaqmı? (Açıqlamalar)
AQC Direktorlar Şurasının yığıncağı keçirilib
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib - FOTOLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı