Prezident İlham Əliyev “Qrant haqqında” qanuna dəyişiklikləri təsdiqlədi - DETALLAR

img

10-08-2020 [18:55]


Prezident İlham Əliyev “Qrant haqqında” qanuna dəyişikliyi təsdiqləyib.

Mia.az xəbər verir ki, sənədə əsasən, qanunun 4-cü maddəsinə aşağıdakı məzmunda 4-3-cü hissə əlavə edilib:

“4-3. Qeyri-hökumət təşkilatları qrant müqavilələrinin (qərarlarının) “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunun 24-3-cü maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə qeydə alınması üçün müraciət edə bilərlər.”.

***

Qeyri-hökumət təşkilatlarının təsis sənədlərində edilən dəyişikliklərin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliklərinin dövlət qeydiyyatı bu Qanunun tələbləri nəzərə alınmaqla və gücləndirilmiş elektron imza ilə təsdiq edilməklə Ədliyyə Nazirliyinin “Fərdi elektron pəncərə” elektron məlumat sistemi vasitəsilə də həyata keçiriləcək.

Mia.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunda əksini tapıb. 

Qanuna əsasən, Ədliyyə Nazirliyinin “Fərdi elektron pəncərə” elektron məlumat sistemində sənədlər gücləndirilmiş elektron imza ilə təsdiq olunacaq, sistemin iştirakçıları və istifadəçiləri öz fəaliyyətində həmin sistem vasitəsilə əldə edilən sənədlərdən istifadə edəcəklər. Həmin sistemdən əldə edilən sənədlər dövlət qurumlarına və şəxslərə kağız daşıyıcılarda, yaxud “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron qaydada təqdim olunacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR