Lukaçenko ölkəsindəki etirazlara görə 3 ölkəni ittiham etdi - Polşa dərhal reaksiya verdi

img

10-08-2020 [15:19]


Belarus Prezidenti Aleksandr Lukaşenko Prezident seçkilərindən sonra ölkədə keçirilən aksiyalara görə Polşa, Britaniya və Çexiyanı ittiham edib.

"Belta" agentliyinin məlumatına görə, bu barədə o, MDB İcra Komitəsinin sədri, MDB-dən olan müşahidə missiyasının rəhbəri Sergey Lebedevlə görüşündə bildirib.

A. Lukaşenko 9 avqust mitinqləri zamanı nümayişçilərin Polşa, Britaniya və Çexiyadan gələn telefon zəngləri ilə idarə edildiyini bildirib.

"Keçmiş kəşfiyyatçılar olaraq siz də bilirsiniz, biz ölkə xaricindən edilən zəngləri qeydə almışıq. Bu zənglər Polşa, Britaniya və Çexiyadan gəlib".

Lukaşenko, həmçinin, Belarusda "Maydan"a icazə verməyəcəyini və ölkəni parçalamaq cəhdlərinə adekvat cavab olacağını deyib.

"Dediklərim təsdiqləndi. Xəbərdarlıq etmişdim: kiminsə istəyindən asılı olaraq ölkədə “Maydan "olmayacaq. Buna görə də sakitləşmək lazımdır. Ölkənin parçalanmasına imkan verməyəcəyik", - deyə o, bildirib.

Onun sözlərinə görə, aksiya iştirakçıları polisi təxribata çəkiblər.

Belarus Prezidenti deyib ki, Qrodno vilayətində Daxili İşlər Nazirliyinin polis şöbələrini və Hava nəqliyyatına nəzarət xidmətini ələ keçirməyə cəhd göstəriblər.

A. Lukaşenko Minskdə baş verən etiraz aksiyaları ilə bağlı vəziyyəti fəlakətli adlandırmasa da, insanlar üçün vəziyyətin kifayət qədər təhlükəli olduğunu vurğulayıb.

O, aksiyaçıların Minskdə yerləşən Müstəqillik sarayını da tutmağa cəhd etdiklərini qeyd edib.

Belarus Prezidenti kütləvi iğtişaşlarının qarşısının alınmasında göstərdikləri xidmətlərə görə OMON-çulara təşəkkür edib.

A. Lukaşenko toqquşmalarda OMON-un 25 nəfər əməkdaşının xəsarət aldığını da bildirib.

Polşa artıq Belarus Prezidentinin ittihamlarına cavab verib. Polşanın Xarici İşlər naziri  Yatsek Çaputoviç mətbuat konfransında bu ittihamların əsassız olduğunu qeyd edib/APA.

Qeyd edək ki, avqustun 9-da Belarusda Prezident seçkisi keçirilib. Belarus MSK hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun 80%-dən çox səs toplayaraq qalib gəldiyini açıqlayıb.

Lakin A. Lukaşenkonun rəqibləri bununla razılaşmayıb. Onların tərəfdarları küçələrə çıxaraq, nəticələrə etiraz edib. 

Gecə boyu paytaxt Minskdə və ölkənin digər yerlərində etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar olub.

Xəsarət alanlar və saxlanılanlar var.


Digər xəbərlər
SON XƏBƏRLƏR