AzTV-nin xanım əməkdaşını rüsvayçı şəkilləri ilə şantaj edən keçmiş TV rəhbərinin oğlu saxlanıldı - Təfərrüat

img

10-08-2020 [14:47]


Azərbaycan Dövlət Televiziyasının (AzTV) əməkdaşını şantaj edən şəxs həbs edilib.

Mia.az-ın APA-ya istinadən məlumatına görə, AzTV-nin xanım əməkdaşı A.S. ilə (ad və soyad şərtidir) bir müddət tanışlıq münasibətində olan bir nəfər aralarındakı münasibətlər sona çatdıqdan sonra həmin xanıma məxsus sosial mediadan və şəxsi profillərindən əldə etdiyi şəkillərini montaj edərək rüsvayedici şəkillər hazırlayaraq qadının özünə göndərib və ondan dəfələrlə müxtəlif məbləğlərdə pullar tələb edib.

Tələb etdiyi məbləğdə pulları ona ödəməyəcəyi təqdirdə həmin xanıma məxsus rüsvayedici şəkilləri ictimailəşdirəcəyi ilə hədələyib. Həmin şəxs xeyli miqdarda pulu əldə etdikdən sonra montaj edilmiş şəkilləri «aztvxana» adı ilə açdığı instagram səhifəsində paylaşıb.

Araşdırmalarla həmin şəxs - 1982-ci il təvəllüdlü Şəfiyev Yusif Nadir oğlu barəsində Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə cinayət işi başlanıb. Şəfiyev Yusif Nadir oğlunun törətdiyi cinayət əməli aparılmış ibtidai istintaq zamanı toplanmış sübutlarla tam təsdiq olunduğundan ona cinayət məcəlləsinin həmin maddəsi ilə ittiham elan edilməklə barəsində Binəqədi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qafqazinfo.az-ın məlumatına görə, Azərbaycan Dövlət Televiziyasının (AzTV) əməkdaşını şantaj etməkdə şübhəli bilinən şəxs “ARB 24” telekanalının sabiq rəhbəri Nadir Şəfiyevin oğludur.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR