Lənkəranda avtomobil vuran piyada hadisə yerində öldü

img

10-08-2020 [13:11]


Lənkəranda ölümlə nəticlənən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, hadisə avqustun 9-da saat 9 radələrində Lənkəran rayonunun Boladi kəndi ərazisində qeydə alınıb.

Rayon sakini X.Ağayev idarə etdiyi “Daewoo” markalı avtomobillə yolun kənarında dayanan kənd sakini Moskva Məhərrəmovanı vurub.

Piyada hadisə yerində ölüb.

Lənkəran Şəhər-Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA