Türkiyə Kipr yaxınlığında karbohidrogen axtarışlarını davam etdirir

img

10-08-2020 [13:08]


Türkiyə hökuməti Kipr adası yaxınlığında karbohidrogen axtarışları üçün “Oruc Reis” seysmik tədqiqat gəmisinin göndərilməsinə dair Navtex (dənizçilərə bildiriş) elan edib.

Ölkənin enerji və təbii sərvətlər naziri Fateh Dönməz gəminin Antalya limanından yola çıxaraq tədqiqatlar aparılacaq əraziyə çatdığını bildirib.

Beləliklə, şelf ölçmə və yataq kəşfiyyatı başda olmaqla hər cür geoloji, geofizik, hidroqrafik, okeanoqrafik tədqiqatlar apara bilən “Oruc reis” gəmisi “Ataman” və “Cengiz Han” gəmiləri ilə birlikdə avqustun 23-dən Kipr adası yaxınlığında tədqiqat və kəşfiyyatla məşğul olacaq.

“Oruc Reis” gəmisinin 8 min metr dərinliyinədək 3 ölçülü, 15 min metr dərinliyinədək də 2 ölçülü seysmik əməliyyatlar aparmaq iqtidarında olduğu bildirilir.

Xatırladaq ki, avqustun 7-də Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan “Barbaros Hayrettin” qazma gəmisilə Aralıq dənizdə kəşfiyyat qazma işlərinə başladıqlarını açıqlamışdı.

“Oruc Reis” gəmisinin 21 iyul – 2 avqust tarixləri arasında Yunanıstana aid Rodos, Kastelorizo, Krit adaları yaxınlığında seysmik tədqiqatlarını aparması iki ölkə arasında gərginliyə səbəb olmuş, Yunanıstan tərəfi Türkiyənin bu addımını qanunsuz olaraq dəyərləndirərək hərbi gəmilərini hazır vəziyyətə gətirmişdi./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR