Sərxoş vəziyyətdə törədilən yol qəzalarının sayı açıqlandı

img

10-08-2020 [12:25]


Bu ilin yanvar-iyun aylarında baş verən bütün yol-nəqliyyat hadisələrinin 41,8 faizi nəqliyyat vasitələrinin və piyadaların, 34,6 faizi bir neçə nəqliyyat vasitəsinin, 23,6 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. 

Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 82,2 faizini, yaralananların isə 74,2 faizini kişilər təşkil edib.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 10 hadisə baş verib, nəticədə 6 nəfər həlak olub, 11 nəfər yaralanıb. Hadisələrin 70 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA