"Sileks"in idman direktoru: ""Qarabağ"la kişi kimi mübarizə aparacağıq"

img

09-08-2020 [17:18]


"Rəqibin kimliyindən asılı olmayaraq, bizimlə görüşdə favorit olacağı bir faktdır".

Bunu Makedoniya "Sileks"inin idman direktoru Draqan İvanov Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

Kratovo klubunun rəsmisi "Qarabağ"ı təəccübləndirməyə çalışacaqlarını bildirib: "Görüşümüz səfərdə olacaq. Lakin heç kim bizi nədənsə məhrum edə bilməz. Maksimum hər şeyimizi ortaya qoyacaq, kişi kimi mübarizə aparacaq və Makedoniyanı layiqincə təmsil edəcəyik".

İvanov onu da vurğulayıb ki, "Qarabağ"la oyunu bu gün "Belasitsa" ilə keçirəcəkləri Makedoniya çempionatının ilk tur matçından sonra düşünəcəklər. 

"Sileks"in baş məşqçisi Qoran Simov da Azərbaycan komandasının böyük favorit olacağı fikri ilə razılaşıb: "Bizə rəqib ola biləcək bütün komandalar əla vəziyyətdədir. Onların büdcəsi 20 milyon avrodan çoxdur. "Qarabağ" bizimlə qarşılaşmada böyük favorit olacaq. Amma biz Avropada daha davamlı yay arzusundayıq. Rəqibimiz əla komandadır, 7 ildir Azərbaycan çempionu olur və avrokuboklarda təsnifat mərhələlərini müntəzəm keçir. Lakin biz təslim olmayacaq və bütün mümkün olanı edəcəyik. Ümid sonda ölür". 

Qeyd edək ki, "Qarabağ" "Sileks"lə oyununu avqustun 18-də və ya 19-da öz meydanında keçirəcək/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR