Belarus MSK: "Ölkədə prezident seçkiləri baş tutub"

img

09-08-2020 [16:17]


Belarusda prezident seçkiləri baş tutub.

Bunu Belarus Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Lidiya Yermoşina bildirib.

MSK sədri deyib ki, artıq seçicilərin 54 faizi səsvermədə iştirak edib.

Qanunvericiliyə əsasən, seçicilərin 50 faizindən çoxu səs verdikdə seçkilər baş tutulmuş sayılır. Prezident seçilmək üçün isə səslərin 50 faizindən çoxunu almaq lazımdır.

Qeyd edək ki, bu gün Belarusda prezident seçkiləri keçirilir. Prezident postuna 5 iddialı var. Bunlar hazırkı dövlət başçısı Aleksandr Lukaşenko, sabiq deputat Anna Kanopatskaya, Belarus Sosial-Demokratik Qramada Partiyasının sədri Sergey Çereçnya, “Düzünü Danış” Birliyinin həmsədri Andrey Dimitriyev və bloger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskayadır/APA.

Digər xəbərlər
SON XƏBƏRLƏR